EN

Paris prokuroru: Luvrdakı oğurluğun dəyəri 88 milyon avrodur

Ajans.az xəbər verir ki,Becco bu barədə BFMTV-yə açıqlamasında bildirib: “Luvr direktoru oğurlanan əşyaların dəyərini 88 milyon avro olaraq qiymətləndirib. Bu, təsirli rəqəmdir, lakin tarixi zərərin özü ilə müqayisə oluna bilməz.” Eyni zamanda, Fransa Mədəniyyət Nazirliyi Financial Times-a açıqlamasında oğurlanan əşyaların sığortalanmadığını bəyan edib. Nazirlik bildirib ki, Luvrda belə bir praktika yoxdur, çünki Leonardo da Vinçinin “Mona Liza”sı və ya Tanis Böyük Sfinksi kimi eksponatların real dəyərini müəyyənləşdirmək mümkün deyil. Qeyd olunub ki, dövlət milli muzeylərdə saxlanılan eksponatlar üçün sığortaçı rolunu özü həyata keçirir. Xatırladaq ki, Fransanın mədəniyyət naziri Raşida Dati bazar günü Luvrda baş vermiş oğurluğu təsdiqləmişdi. Bildirilir ki, oğrular III Napoleon dövrünə aid səkkiz qiymətli eksponatı, o cümlədən diadem, broş və boyunbağını aparıblar. İstintaqın ilkin versiyasına görə, cinayət peşəkar şəkildə və əvvəlcədən planlaşdırılıb. Quldurların texniki avadanlıqların təchizatçısı ilə əvvəlcədən əlaqəyə girərək, muzeyə daxil olduqları və hadisə yerindən skuter və velosipedlərlə uzaqlaşdıqları ehtimal edilir. Hazırda onların kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.

 

Chosen
37
Ajans.az

1Sources