EN

Simonyan: Eçmiədzin qanunsuz qurumdur

BAKI, 22 oktyabr. TELEQRAF

“Katolikos kimdir? Mən belə bir adam tanımıram, bu şəxs öz andını pozub”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Jurnalistlərin “Eçmiədzin Ana Kilsəsi keşiş Aram Asatryanı kilsədən uzaqlaşdırıb və buna görə də onun artıq Erməni Apostol Kilsəsi adından ayinlər keçirmək hüququ yoxdur” fikrinə cavab olaraq Simonyan deyib:

“Bu, qanunsuz qurumdur. Ktriç Nersisyan (katolikos II Qaregin - red.) anlamalıdır ki, özünün dediyi kimi, onlar bizim evlərimizə yaxınlaşırlar və vəziyyəti ifrata çatdırmamalıdır. Onsuz da o gedəcək”.

Chosen
76
teleqraf.com

1Sources