EN

Xaqani küçəsində mikromobillik zolağının təşkilinə başlanılıb

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakışəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsiistiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığınanail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkətiştirakçılarının təhlükəsizliyini və rahatlığını təminetməkdir.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, kəsintisiz mikromobillik zolağının təşkili üçünmərhələli qaydada velosiped yolları əlaqələndirilir.

Görülən işlər çərçivəsində daha əvvəl Xaqani küçəsinin KövkəbSəfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsinədək təşkiledilən mikromobillik şəbəkəsi hazırda Rəşid Behbudov küçəsi iləkəsişməyə qədər uzadılır.

Bununla da Xaqani küçəsində olan zolaqlar Bülbül prospektindəkizolaqlarla əlaqələndirilir. Görülən işlər çərçivəsində müvafiqnişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarınınvə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Məqalədə:
Chosen
48
4
az.trend.az

10Sources