EN

Ağdamda tarixi heykəl hazırlanır - Yeniləndi - Fotolar

Ağdam şəhərinin mərkəzi parkında yüksələcək Fərhad heykəlinin inşaatı prosesinə baxış keçirilib.

News24.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Fərhadın heykəli"nin hazırlanması prosesi ilə tanış olub.


***

14:27 


Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir.

News24.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi məlumat verib. 

O bildirib ki, Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərimizin simvollarından birini əbədiləşdirəcək: 

"Əsərin bərpası ilə Azərbaycan Respublikasının xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur. Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru  Azərbaycan Respublikasının əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur".



Chosen
112
news24.az

1Sources