«dnata ilə tərəfdaşlığımız Azərbaycanın aviasiya sənayesinin inkişafında yeni bir mərhələni açır. Biz birlikdə Ələt Azad İqtisadi Zonasını qlobal aviasiya və logistika şəbəkəsi ilə birləşdirəcək müasir ekosistemi formalaşdırırıq. Bu birgə müəssisə təkcə infrastruktur layihəsinə deyil, həm də insanlara edilən sərmayədir — yeni iş yerləri yaradılır, peşə bacarıqları inkişaf etdirilir və davamlı inkişaf üçün möhkəm təməl qoyulur. Ələt Beynəlxalq Hava Limanında aviasiya xidmətlərinin açılması Azərbaycanın aparıcı regional mərkəzə çevrilməsi məqsədimizə doğru strateji addımdır». Ələt Azad İqtisadi Zonasında yerləşən Ələt Beynəlxalq Hava Limanına 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı və taksi yolu, həmçinin hava hərəkətini idarəetmə mərkəzi daxil olacaq. Layihə ölkənin nəqliyyat imkanlarını artırmaq və ətraf regionun hərtərəfli iqtisadi inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulub. 2027-ci ildə tamamlandıqdan sonra daha geniş Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə əsas tranzit mərkəzlərindən birinə çevriləcək. Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa çıxışdan, həmçinin geniş dəmir və avtomobil yolları şəbəkələrindən faydalanaraq Azərbaycanın nəqliyyat və paylama potensialını əhəmiyyətli dərəcədə artıracaq. dnata haqqında dnata – dünyanın aparıcı avia və səyahət xidmətləri təminatçılarından biridir. 1959-cu ildə təsis edilən şirkət altı qitənin 30-dan çox ölkəsində keyfiyyətli və təhlükəsiz yerüstü xidmətlər, yükdaşıma, səyahət, iaşə və pərakəndə satış xidmətləri təklif edir. 2024-2025-ci maliyyə ilində dnata şirkətinin müştəri yönümlü komandaları təyyarələrə 794 mindən çox yerüstü xidmət göstərib, 3,1 milyon ton yük emal edib, 114 milyon yemək payı tədarük olunub və 2,6 milyard ABŞ dolları dəyərində ümumi səyahət xidmətləri tranzaksiyası həyata keçirilib. “dnata” şirkəti haqqında daha ətraflı məlumat üçün dnata.com internet səhifəsinə daxil ola bilərsiniz. Mətbuat sorğuları üçün isə [email protected] saytına müraciət edin. Silk Way Group haqqında Əsası 2006-cı ildə qoyulan və baş ofisi Bakıda yerləşən Silk Way Group Azərbaycanın aparıcı özəl aviasiya və logistika müəssisələrindən biridir. Şərqlə Qərbin kəsişməsində yerləşən strateji mövqeyi sayəsində Qrup qlobal yükdaşıma əlaqələrində və ölkənin aviasiya infrastrukturunun inkişafında mühüm rol oynayır. Silk Way West Airlines, Silk Way Airlines, Silk Way Technics və Silk Way AFEZCO şirkətlərini birləşdirən Qrup ən yüksək beynəlxalq standartlara cavab verən hava yolu ilə yükdaşıma, texniki xidmət və logistika üzrə geniş həllər təqdim edir. Silk Way Group hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ) yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə hava daşımalarının gələcəyini müəyyən edir. Bu, Azərbaycanın qlobal ticarətdə əsas oyunçu kimi rolunu artıracaq dayanıqlı, texnologiyaya əsaslanan bir layihədir.
1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik, innovasiya və dayanıqlılığa diqqət yetirən Silk Way Group qitələri birləşdirməyə və bütün dünyada hava yolu ilə yükdaşımada yeni imkanlar yaratmağa davam edir.