EN

Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir Nazir

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir.

525.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və Estoniya arasında münasibətlər getdikcə yaxşılaşır:

"Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir. Mənimlə Bakıya böyük biznes nümayəndə heyəti gəlib. Bu gün yüzlərlə azərbaycanlı Estoniyada təhsil alır. Təhsil isə mədəniyyətləri birləşdirir".

Nazir bildirib ki, rəqəmsallaşma və yaşıl texnologiyalar üzrə də ikitərəfli əməkdaşlıq genişləndirilə bilər:

"Estoniya bu istiqamətlərdə inkişaf etmiş ölkədir. Hesab edirəm ki, ikitərəfli münasibətləri daha da yaxşılaşdırmaq olar. Bu münasibətlərdən Latviya və Finlandiya da yararlana bilər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
525.az

1Sources