EN

2024-cü ildə yoxsulluq və işsizlik 5,2 faizə düşüb - Nazir müavini

2024-cü il üzrə Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi 5,2%-ə enib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.

Onun sözlərinə görə, sosial-iqtisadi göstəricilərdəki bu müsbət dinamika ölkənin iqtisadi siyasətində sabitliyin və məqsədyönlü islahatların nəticəsidir.

“İqtisadi göstəricilərimiz yaxşılaşır. Yoxsulluq və işsizlik səviyyəsinin 5,2 faizə qədər enməsi bunu sübut edir. Lakin bu kifayət deyil – biz müstəqilliyimizi yalnız qoruyub saxlamaqla yox, onu gələcək nəsillərə gücləndirərək ötürməklə məsuliyyət daşıyırıq",– Ələkbərov vurğulayıb.

Nazir müavini əlavə edib ki, iqtisadi dayanıqlığın təmin olunması, həmçinin sosial rifahın artırılması hökumətin prioritetləri sırasındadır.

Azərbaycan hökuməti 2022-ci ildən etibarən sosial rifahın artırılması, məşğulluğun stimullaşdırılması və aztəminatlı əhalinin dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yoxsulluq səviyyəsi son 20 ildə 44%-dən 5%-ə qədər azalıb.

Gülnar Nazimqızı 

Chosen
49
2
anews.az

3Sources