EN

Bir aydır itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Hacıqabul rayonunda itkin kimi axtarılan şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, sentyabrın 18-də Ağsu rayonunda itkin düşdüyü bildirilən Eldar Niftaliyevin meyiti oktyabrın 21-də aşkarlanıb.

Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Abdulabad kəndinin ərazisindən keçən “Şirvan” kanalında tapılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
5
apa.az

7Sources