Bakı şəhərinin Binə qəsəbəsində təhlükəli vəziyyət yaranıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Atçılıq yaşayış massivində qeydə alınıb.
Məlumata görə, elektrik dirəyinə məxsus kabel xətti zədələnərək yerə düşüb və avtomobillərin hərəkətinə maneə yaradıb. Hadisə zamanı ərazidə hərəkətdə olan sürücülər və sərnişinlər qorxu dolu anlar yaşayıblar.
Görüntülərdən aydın olur ki, həmin anlar sərnişinlərdən biri tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
 
                        