EN

“WhatsApp”da yenilik: İstifadəçilər bundan sonra ...

Dünyanın ən məşhur mesajlaşma platformalarından biri olan “WhatsApp” yaxın günlərdə mühüm yeniləmə təqdim etməyə hazırlaşır.

News24.az xəbər verir ki, yeni xüsusiyyət sayəsində istifadəçilər tətbiqdə özlərinə məxsus istifadəçi adları yarada və onları rezerv edə biləcəklər.

Yeniliyə əsasən, istifadəçi adları minimum 3, maksimum 30 simvoldan ibarət ola bilər. Bu addım “WhatsApp”a digər sosial media platformalarında olduğu kimi fərdi kimlik yaratmaq imkanı qazandıracaq.

İlkin mərhələdə xüsusiyyət yalnız iOS istifadəçiləri üçün əlçatan olacaq. İstifadəçilər istədikləri adları əvvəlcədən qorumaq üçün rezervasiya funksiyasından da yararlana biləcəklər.

Hazırda yenilik beta versiyada sınaqdan keçirilir. Yeni funksiya istifadəçilərə platformada daha tanınan və unikal profil yaratmağa imkan verəcək. Beləliklə, "WhatsApp" profil fərdiləşdirməsini artırmağı və sosial mediaya bənzər təcrübə təqdim etməyi hədəfləyir.

Yeniliyin sınaq mərhələsindən qısa müddət sonra bütün istifadəçilər üçün aktivləşdirilməsi gözlənilir.

Aqil Qarayev

Chosen
195
news24.az

1Sources