EN

Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhəri, Avtovağzal ərazisində qeydə alınıb.

Belə ki, rayonun Ovçubərə kənd sakini, 1980-cı il təvəllüdlü Mikayılov Rüfət Xudaşükür oğlu bıçaqlanıb.

İki bıçaq yarası alan R. Mikayılov rayon xəstəxanasına çatdırılıb.

Onu həmkəndlisinin bıçaqladığı deyilir.

Chosen
123
7
demokrat.az

10Sources