AZ

Biləsuvarda kişi qonşusunu bıçaqladı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

Sitat.info xəbər verir ki, hadisə rayonun mərkəzində, Avtovağzal ərazisində baş verib.

Belə ki, rayonun Ovçubərə kənd sakini 1980-cı il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov həmkəndlisi 32 yaşlı İmanov Novruz Müstəcəb oğlu tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan R. Mikayılov rayon xəstəxanasına hospitalizasiya olunub.

İlkin versiyada, hadisəyə səbəb həmkəndlilər arasında davam edən ədavət olub.

 

R. Mikayılovun Bakıdan gəlməsini eşidən qonşusu onu taparaq bıçaqlayıb. (APA)

Seçilən
27
7
sitat.info

10Mənbələr