EN

Polisi marixuana çəkənlərə pulsuz yemək və maaşlı iş təklif etdi

ABŞ-da hüquq-mühafizə orqanları qəribə və bir o qədər də müzakirə doğuran təşəbbüslə çıxış ediblər - marixuana istifadə edən şəxslər polis təlim proqramına cəlb edilir.

Musavat.com xəbər verir ki, yeni proqramın məqsədi gənc polis əməkdaşlarına kannabisin insanlara real təsirini müşahidə etmək imkanı yaratmaqdır. Bununla, gələcək patrul xidmətləri və nəzarət zamanı marixuana istifadəsini asanlıqla müəyyənləşdirmək öyrədiləcək.

Proqramda iştirak üçün seçilən şəxslər “polis nəzarəti altında təhlükəsiz mühitdə” marixuana qəbul edirlər. Onların davranışları, reaksiya sürəti və koordinasiya bacarıqları müşahidə olunur.

Layihənin təşkilatçıları bildiriblər ki, “ideal namizəd” həm avtomobil idarə edə bilən, həm də “ot” çəkməyi sevən şəxs sayılır. İştirakçılara pulsuz nahar, gediş-gəliş xərclərinin ödənilməsi və təhlükəsiz, maaşlı təcrübə imkanı vəd olunur.

Maraqlıdır ki, proqram üçün nəzərdə tutulan 12 yer cəmi bir neçə saat ərzində tam dolub. Bu da amerikalıların “təcrübə üçün çəkilmiş siqaret” konsepsiyasına kifayət qədər maraq göstərdiyini sübut edir.

Ekspertlər isə xəbərdarlıq edirlər: bu təşəbbüs marixuana istifadəsini “normallaşdıra” bilər və hüquq-mühafizə sistemində ciddiliklə lağ arasında incə bir sərhədi sındıra bilər.

Musavat.com

Chosen
57
50
musavat.com

10Sources