EN

Qazaxıstanın Energetika naziri ölkədə qaz ehtiyatları ilə bağlı vəziyyəti şərh edib

Astana.Trend:

Qazaxıstanda qaz çatışmazlığının yaranmaması üçün zərurimexanizmlər və əlavə qaz tədarükü imkanları nəzərdə alınıb.

Trend-in xüsusimüxbirinin verdiyi xəbərə görə, bunu Astanada jurnalistlərəQazaxıstanın Energetika naziri Erlan Akkenjenov bildirib.

“Hazırda müxtəlif KİV-lərdə pilotsuz uçuş aparatlarınınhücumlarının Qazaxıstana qaz tədarükünə təsir göstərəcəyi barədəməlumatlar yayılır. Bu, həqiqətə uyğun deyil. Rəsmi şəkildəbildirirəm ki, bizdə bütün zəruri alətlər var və əlavə qaz tədarüküdə nəzərdə alınıb”, - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, ölkədə istilik obyektlərinin fəaliyyətipozulmayacaq.

Akkenjenov əlavə edib ki, Aktöbe vilayətində iki günlük maye qazehtiyatı formalaşdırılıb və bu gün üçün təminatla bağlı heç birproblem yoxdur. Eyni vəziyyət Manqistau və Qərbi Qazaxıstanvilayətlərinə də aiddir.

Onun sözlərinə görə, hər il təxminən 9 milyard kubmetr qazKaraçağanaq yatağından hasil edilərək Orenburq qaz-kimyakompleksində emal olunur.

Nazir həmçinin, Karaçağanaqda yerli qaz emalı zavodununtikintisi perspektivlərinə toxunaraq bildirib ki, layihə hazırda“KazMunayQaz” tərəfindən xarici tərəfdaşlarla birlikdə həyatakeçirilir.

Akkenjenov əlavə edib ki, hazırda gələcək zavodun Karaçağanaqlayihəsinin mövcud infrastrukturuna qoşulması üçün texnikiparametrlərin razılaşdırılması üzərində iş aparılır.

SOCAR-la birgə Dunga neft yatağının işlənməsi planlarına toxunannazir qeyd edib ki, bu, keyfiyyətli aktivdir və orada az kükürdlü,yüngül neft hasil olunur ki, bu da sonrakı emal üçün çoxəlverişlidir.

Məqalədə:
Chosen
59
1
az.trend.az

2Sources