EN

Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - FOTOLARI

Oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar adlanan ərazisində asılı vəziyyətdə tapılıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə mərhumun gəlinlikdə fotoları yayılıb.

Bildirilib ki, Ləman 35 yaşlı kişi ilə nişanlı imiş və bir neçə gün əvvəl onların qız toyu olub, noyabrın 1-də isə oğlan toyu planlaşdırılırmış.

Hadisədən əvvəl bəylə gəlin arasında mübahisə yaşandığı iddia edilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

 


Chosen
34
22
avtosfer.az

10Sources