EN

Azərbaycan pomidoru xaricdən neçəyə alır? - ÖLKƏLƏR, MƏBLƏĞLƏR

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan ümumilikdə 1 635 ton pomidor idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  bu idxalın ümumi dəyəri 1 milyon 612 min  dollar təşkil edib.
Hesabat dövründə 1 kiloqram pomidorun orta idxal qiyməti 0,99 ABŞ dolları, yəni təxminən 1,68 manat olub.

Məlumatlara əsasən, Azərbaycanın pomidor idxalında əsas tərəfdaş ölkələr Türkmənistan, Rusiya və İran İslam Respublikasıdır.

Belə ki, Türkmənistandan 636 tonRusiyadan 485 tonİrandan isə 451 ton pomidor gətirilib. Bu üç ölkə ümumi idxalın böyük hissəsini təmin edib.

Ən az həcmdə pomidor idxalı isə Mərakeşdən (0,01 ton) və Niderlanddan (0,05 ton) həyata keçirilib.

Qiymət baxımından ölkələr arasında ciddi fərqlər müşahidə olunur. 

1 kiloqram üçün ən yüksək orta idxal qiyməti Mərakeşdən (14,00 ABŞ dolları və ya 23,80 manat) və Niderlanddan (10,60 ABŞ dolları və ya 18,02 manat) gətirilən pomidorlarda qeydə alınıb.

Ən münasib qiymət göstəriciləri isə qonşu ölkələrdən idxalda müşahidə olunub.

Belə ki, İrandan idxal olunan pomidorların orta qiyməti 0,91 ABŞ dolları (1,55 manat)Rusiyadan gətirilən məhsulların qiyməti isə 0,95 ABŞ dolları (1,62 manat) təşkil edib.

Ölkə

Həcm (ton)

Dəyər (ABŞ dolları)

1 kq orta idxal qiyməti ($)

1 kq orta idxal qiyməti (₼)

Türkmənistan

636

673 660

1.06 $

1.80 ₼

Rusiya

485

461 840

0.95 $

1.62 ₼

İran İslam Respublikası

451

411 730

0.91 $

1.55 ₼

Türkiyə

64

64 150

1.00 $

1.70 ₼

Niderland

0.05

530

10.60 $

18.02 ₼

Mərakeş

0.01

140

14.00 $

23.80 ₼

Cəmi

1 635

1 612 050

0.99 $

1.68 ₼

Chosen
87
fed.az

1Sources