EN

Ramiz Mehdiyevin gəlinindən xəbər var

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra edən gəlini Nigar Mehdiyeva işə çıxmır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Globalinfo.az-a klinikadan məlumat verilib.

"Nigar xanım hazırda xəstədir, işə gəlmir. Onun pasiyentlərini başqa həkimə yönləndiririk. Sağaldıqdan sonra işə qayıdacaq", - deyə klinikadan bildirilib. Pepperoni pizza

Qeyd edək ki, Onkologiya Klinikasında icra olunan süd vəzinin bahalı əməliyyatlarını məhz Nigar Mehdiyeva tərəfindən həyata keçirildiyi iddia edilir.

Xatırladaq ki, Nigar Mehdiyeva həmin vəzifəyə illər öncə ATU-nun rektoru olmuş deputat Əhliman Əmiraslanov tərəfindən təyin edilib. Hətta onun dəstəyi ilə Mehdiyevin gəlininə dosent adı verilib.


Telegram kanalımız
Chosen
29
23
yenisabah.az

10Sources