EN

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Qazaxıstanarasında ticarət əməliyyatlarının həcmi 568,1 milyon ABŞ dollarıtəşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 370,3 milyon ABŞ dolları və ya 2,9 dəfə çoxdur.

Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Qazaxıstana70,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilineyni dövrü ilə müqayisədə 19,6 milyon ABŞ dolları və ya 21,8%azdır.

Eyni zamanda, hesabat dövründə Qazaxıstandan Azərbaycana 497,7milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 389,9 milyon ABŞ dollarıvə ya 4,6 dəfə artım deməkdir. Bununla da hesabat dövründəQazaxıstan Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrsırasında 7-ci pillədə qərarlaşıb.

Dövr ərzində Azərbaycandan sözügedən ölkəyə ümumi ixracın 70,2milyon ABŞ dollarlıq hissəsini qeyri-neft məhsullarının ixracıtəşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 18,7 milyon ABŞ dolları və ya 21% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanxarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyonABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları vəya 2,8 dəfə azdır.

Chosen
67
11
az.trend.az

10Sources