AZ

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Amerika BirləşmişŞtatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,010milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 37,1 milyon ABŞ dolları və ya 3,8% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 2,85%-i həcmində olub. Bununla da ABŞ hesabatdövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan AmerikaBirləşmiş Ştatlarına 48,4 milyon dollarlıq məhsul ixracı qeydəalınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,015 milyon ABŞdolları və ya 2,3 dəfə azdır.

Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 961,6 milyonABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 102,2 milyon ABŞ dolları vəya 11,9% artım deməkdir. Bununla da hesabat dövründə ABŞAzərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cüpillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanxarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyonABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları vəya 2,8 dəfə azdır.

Seçilən
69
11
az.trend.az

10Mənbələr