EN

“Elektrik enerjisinin istehsalı 15 faiz artıb” – NAZİR

“Son bir ildə elektroenergetika sistemimizin inkişafının uğurları bunun bariz təsdiqidir. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9732,5 MVt-a çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya 15,6 faiz artım deməkdir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində yayımlanan məqaləsində qeyd edilib. Məqalədə Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi olması xüsusilə vurğulanıb:

“Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1880 MVt gücündə "8 Noyabr" Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu vardır. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir. Elektroenergetika sistemində hazırda ümumi gücü 7903 MVt olan 24 istilik elektrik stansiyası, 1443,5 MVt-lıq 65 su-elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş-elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək-elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir”. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
121
yenisabah.az

1Sources