EN

Zelenski: “Tramp haqlıdır” - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, müharibənin gedişində hazırda mövcud olan vəziyyət dondurulmalı və bundan sonra sülhə doğru addımlar barədə danışıqlar aparılmalıdır.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə ABŞ prezidenti Donald Trampla görüşdən sonra keçirilən mətbuat konfransında danışıb: “Biz indi harada dayanmışıqsa, orada dayanmalıyıq. Tramp haqlıdır”.

Ukrayna lideri əlavə edib ki, bundan sonrakı mərhələdə məqsəd uzunmüddətli sülhə doğru konkret addımlar atmaq olacaq: “Daha sonra bu istiqamətdə necə addımlar atacağımızı müzakirə etməyə başlamaq lazımdır”. 

 

Musavat.com

Chosen
34
50
musavat.com

10Sources