ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən danışıqlar başa çatıb.
Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, Zelenski artıq Ağ Evi tərk edib. Yaxın saatlarda Ukrayna liderinin mətbuat üçün brifinq keçirməsi gözlənilir.
Qeyd edək ki, görüşdə tərəflər əsasən müharibənin dayandırılması yolları, təhlükəsizlik əməkdaşlığı və ABŞ-ın Kiyevə hərbi dəstəyi kimi mövzuları müzakirə ediblər.
Musavat.com