EN

Zelenski: “Putin mənə nifrət edir, mənim də ona münasibətim eynidir”

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiya lideri Vladimir Putinlə münasibətləri barədə sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, Zelenski Putinə qarşı münasibətinin dəyişmədiyini bildirib:

“Putin mənə nifrət edir. Onların bizi hamımızı öldürməyə çalışdığı bir şəraitdə mənim ona fərqli münasibətim olardısa, bu qəribə olardı. Mənim də ona münasibətim eynidir”.

Zelenskidən digər açıqlamalar:

▪️ Tramp görüşdə Putinlə dialoqunun detallarını bölüşüb.
▪️ “Biz ABŞ-a və Trampa etibar edirik, çünki o, bu müharibəyə son qoymaq istəyir”.
▪️ “Ərazi məsələsi çox həssas və ən çətin mövzudur. Rusiya bütün Ukraynanı işğal etmək istəyirdi”.
▪️ “Biz hava hücumundan müdafiə sistemləri haqqında danışdıq – bu, bizim üçün çox vacibdir”.
▪️ ABŞ və Ukrayna digər ölkələrlə birlikdə silah istehsalı və gələcək tədarüklərin logistikası üzərində daha sıx işləmək qərarına gəlib.

 

Musavat.com

Chosen
67
50
musavat.com

10Sources