Ajans.azDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan dəyəri 602 056.01 min dollar olan 573 895.45 ton meyvə və tərəvəz ixrac edib. Ötən ilin həmin dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 134 756.69 ton və ya təxminən 30.7%, dəyər baxımından isə 143 289.2 min dollar və ya 31.2% artım göstərib.
2024-cü ilin yanvar-sentyabrında ixrac həcmi 439 138.76 ton, dəyəri isə 458 766.81 min dollar olub.