EN

"Kombi sistemləri təhlükəsizlik və sağlamlıq baxımından risklidir"

Əgər mərkəzləşdirilmiş sistemin bütün texniki və normativ tələblərinə əməl olunarsa, bu, dünyada ən səmərəli və ekoloji cəhətdən ən təhlükəsiz isitmə üsuludur.

Bunu "Report"a müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, mərkəzi sistemin bir çox üstünlükləri var: "Enerji effektivliyi, idarəetmənin rahatlığı, texniki təhlükəsizlik, atmosferə az tullantı, sakinlərlə birbaşa təmasın olmaması və s. Məsələn, 100 mənzildə 100 kombinin işləməsi ilə bir qazanxananın işləməsi arasında böyük fərq var - ekoloji baxımdan da, təhlükəsizlik baxımından da mərkəzi sistem daha üstündür".

Sədr qeyd edib ki, kombi sistemləri həm təhlükəsizlik, həm də sağlamlıq baxımından risklidir: "Dəm qazı təhlükəsi, eyvanların zəbt olunması, cihazların baxımsız qalması kimi hallar mövcuddur. Mərkəzi sistemdə isə bu risklər yoxdur. Bəli, fərdi sistemin yeganə üstünlüyü istifadəçinin istədiyi vaxt sistemi açıb-söndürə bilməsidir, amma ümumi səmərəlilik baxımından mərkəzləşdirilmiş sistem açıq-aşkar üstünlük təşkil edir".

Chosen
39
2
demokrat.az

3Sources