Bunu "Report"a müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, mərkəzi sistemin bir çox üstünlükləri var: "Enerji effektivliyi, idarəetmənin rahatlığı, texniki təhlükəsizlik, atmosferə az tullantı, sakinlərlə birbaşa təmasın olmaması və s. Məsələn, 100 mənzildə 100 kombinin işləməsi ilə bir qazanxananın işləməsi arasında böyük fərq var - ekoloji baxımdan da, təhlükəsizlik baxımından da mərkəzi sistem daha üstündür".
Sədr qeyd edib ki, kombi sistemləri həm təhlükəsizlik, həm də sağlamlıq baxımından risklidir: "Dəm qazı təhlükəsi, eyvanların zəbt olunması, cihazların baxımsız qalması kimi hallar mövcuddur. Mərkəzi sistemdə isə bu risklər yoxdur. Bəli, fərdi sistemin yeganə üstünlüyü istifadəçinin istədiyi vaxt sistemi açıb-söndürə bilməsidir, amma ümumi səmərəlilik baxımından mərkəzləşdirilmiş sistem açıq-aşkar üstünlük təşkil edir".