EN

Füzuli şəhərinin timsalında dünya Azərbaycanın müasir şəhərsalma təcrübəsinin şahidinə çevrilir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Tarixi Zəfərimizin beşinci ildönümündə azad edilmişərazilərimizdə görülən işlərin miqyasından, sakinlərinə qovuşanşəhər, kənd və qəsəbələrin say tərkibindən, bir sözlə, BöyükQayıdış Proqramının uğurlu icrasından böyük qürur hissi ilə bəhsedirik. Dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizinəbədiləşdirilməsinə xidmət edən 31 iyul 2023-cü il tarixliSərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləritəsis edildi. Bu bayram günlərini qeyd edərkən şəhidlərimizinxatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə onlaraborcluyuq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevinçıxışlarıda daim vurğuladığı kimi, dövlətin nə qədər gücü, silahıolsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da,Qələbəni əldə edən əsgərdir, zabitdir. O sinəsini qabağa verir,ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığıyaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək.

Bu gün şəhidlərimizin ruhu şaddır. Canları, qanları ilə tarixyazan şəhidlərimizin hər birinin həyat yolu bir dastana çevrilib.Onların qəhrəmanlığı, şücaəti unudulmazdır. 30 il ərzindəErmənistan silahlı qüvvələri təmas xəttində möhkəm istehkamlarqurmuşdu. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanıən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən birneçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklərverdi. Ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki,Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən sonmərhələdə öz silahlarını yerə qoyub qaçdı. Hərbi mütəxəssislərartıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüşqabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Füzulişəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixindəerməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğalçıErmənistan silahlı qüvvələri ilə döyüşdə rayon sakinlərindən 400nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuş, 181 nəfər əsir vəitkin düşmüşdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı,Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərişanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldanazad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayışməntəqəsi işğaldan azad edildi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham ƏliyevFüzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını yüksəkqiymətləndirib. 2020-ci il noyabrın 26-da “Füzulinin azadolunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldanazad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakedərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş AzərbaycanRespublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulininazad olunmasına görə” medalı ilə təltif olunub. Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətliOrdumuzun yazdığı Zəfər tarixini səhifələdikcə sahibinə qovuşantorpaqlarımızın 30 ilin dağıntılar dövrünü arxada qoyub hazırdabərpa-quruculuq mərhələsini yaşamasından böyük sevinc hissikeçiririk. Xalqımız bu günləri böyük səbirsizliklə gözləyirdi.Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 17 oktyabr tarixindəFüzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayonictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir ki,füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylıgörüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərindədeyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq vəçalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızımüəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayışyeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda,Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada dahagözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu güngəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni simasıgöz oxşayır.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Füzuli rayonu yenidənqurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlərhəyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafınadair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısı İlham Əliyevinxüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, FüzuliRəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçaysu anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyatinfrastrukturunun yaradılması istiqamətində mühüm layihələr icraedilib. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobilyolları istifadəyə verilib. Qarabağda və Şərqi Zəngəzurda nəzərdətutulan üç hava limanından biri məhz bu rayonun ərazisindədir. İlkistifadəyə verilən də Füzuli Beynəlxalq Hava Limanıdır. Qarabağındünyaya açılan hava qapısı kimi dəyərləndirilən bu hava limanının2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Cəmi 8ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanıniqtisadi imkanları ilə yanaşı, bu ərazinin strateji əhəmiyyətini dətəsdiqlədi. Dövlət başçısı İlham Əliyevin ötən beş ildə Füzulirayonuna 20-dən artıq səfəri olub. Tarixi Zəfərimizdən sonra ilksəfər də məhz 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarınaoldu.

Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım MehribanƏliyevanın reallaşdırdıqları həmin səfər çərçivəsində Müzəffər AliBaş Komandan Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı,Füzuli-Şuşa avtomobil yolunun- Zəfər yolunun təməlqoyma mərasimindəiştirak etdi.

Milli Məclisin deputatı bildirib ki, hazırda azad edilmişərazilərimizdə, o cümlədən Füzulidə bərpa-quruculuq işlərisoydaşlarımızın qayıdışı ilə müşayiət olunur. 2023-cü il avqustun18-də Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlandıvə bu proses hazırda artan templə davam edir. İlkin mərhələdəşəhərə 144 ailə köçürüldü. Həmin ailələr həmin vaxtadək Bakı vəSumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqətiməskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələr idi.Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pionerdüşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü ilyanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinəyola salındı. Bu günədək Füzuliyə 824 ailə, 3141 nəfər köçürülüb.Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilinsonunda 22 min soydaşımız Füzuli rayonunda yaşayacaq.

Vüqar Rəhimzadə azad Qarabağda və Şərqi Zəngəzurda görülənişləri Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyayatəqdimatı kimi dəyərləndirib. Bildirib ki, bu torpaqların evsahibliyi ilə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları da bureallıqların təqdimatında və təbliğində əhəmiyyətli rol oynayır.Birinci Azərbaycan Milli Şəhərsalma Forumu Ağdamda, ikincisiZəngilanda baş tutub, üçüncü isə hazırda Xankəndi şəhərindəkeçirilir. Oktyabrın 15-də Xankəndi şəhərində öz işinə başlayanÜçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarınamüraciətində dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki,Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritetistiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma vəurbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadidayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinəuyğunlaşmaya töhfə verir.

Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyatakeçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 minkvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyonnəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçünyenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azadolunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraqməskunlaşıb. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycanınşəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalqictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlimdəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində vəinnovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimitanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-ninMəskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusiönəm daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlutədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cüsessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanınbeynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlıtərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.

Məqalədə:
Chosen
27
6
az.trend.az

7Sources