EN

Süni intellekt internetdə dərc olunan məqalələrin sayına görə insanları geridə qoydu

Süni intellekt onlayn məqalələrin sayına görə insanları ötüb.

Bu barədə "Axios" "Graphite" şirkətinin hesabatına istinadən məlumat yayıb.

Tədqiqatçıların fikrincə, bu tarixi nəticəyə 2024-cü ilin noyabrında nail olunub.

Məlumata görə, 2022-ci ilin noyabrında ABŞ startapı "OpenAI" tərəfindən "ChatGPT" çatbotunun istifadəyə verilməsindən sonra süni intellektlə yaradılan məqalələrin sayı sürətlə artmağa başlayıb.

Lakin aparıcı axtarış sistemləri hələ də insanlar tərəfindən yazılmış məqalələrə üstünlük verirlər. Məsələn, "Google" tərəfindən tapılaraq göstərilən məzmunun 86%-i insanlar, yalnız 14%-i süni intellekt tərəfindən yazılan məqalələr olur.
Chosen
71
1
7news.az

9Sources