Bu ilin yanvar-sentyabr aylarında “Rabitəbank” ASC 13 milyon 249 min manat xalis mənfəət əldə edib.Bankın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 % artaraq 1 milyard 307 milyon manata çatıb.Kredit portfelində müsbət dinamikaBankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 17,1% artaraq 953 milyon 150 min manata yüksəlib.Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 13,7 % artaraq 431 milyon 216 min manata, o cümlədən, istehlak kreditləri portfeli 21,3 % artaraq 341 milyon 804 min manata, ipoteka kreditləri portfeli isə 17,9 % artaraq 180 milyon 131 min manata çatıb.Fiziki və hüququ şəxslərin əmanətləri artıbHesabat dövründə “Rabitəbank”da əmanətlər 15 % artaraq 792 milyon 913 min manat olub.O cümlədən, fiziki şəxslərin əmanətləri 20,1 % artaraq 550 milyon 855 min manata, hüquqi şəxslərin əmanətləri isə 4,8 % artaraq 242 milyon 58 min manata çatıb.İl ərzində Bankın faiz gəlirləri 18,7 % artaraq 99 milyon 480 min manat təşkil edib.“Rabitəbank” 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.