EN

Tramp Time in üz qabığındakı fotosunu bəyənməyib

ain.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp "Time" jurnalının Qəzza barışığına həsr olunmuş üz qabığındakı şəklindən narazılığını bildirib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verdiyi kimi, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Time jurnalı mənim haqqımda nisbətən yaxşı məqalə yazıb, lakin şəkil bəlkə də indiyə qədər olan ən pis şəkildir. Mənim saçlarım "yoxa çıxıb", başımın üstündə isə üzən tacı xatırladan bir şey var, özü də çox kiçik. Həqiqətən qəribədir! Mən heç vaxt müxtəlif bucaqlardan şəkil çəkdirməyi sevməmişəm, amma bu çox pis şəkildir və şərh edilməyə layiqdir. Onlar nə edirlər və niyə?" - deyə Tramp qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
cebheinfo.az

2Sources