EN

Voleybol üzrə Yüksək Liqada yeni mövsüm başlayır

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start götürəcək.

Fanat.Az xəbər verir ki, günün yeganə oyununda “Azerreyl” rəqib meydanında “Gəncə” ilə üz-üzə gələcək.

Görüş Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, I turun “DH Volley” – “Abşeron” və UNEC – “Milli Aviasiya Akademiyasi” görüşləri oktyabrın 15-də baş tutacaq. “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.

Chosen
85
fanat.az

1Sources