EN

Bu rayonlarda qaz olmayacaq

Bu gün Bakının Yasamal və Nizami, həmçinin Qəbələ rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.

Publika.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə oktyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T. Xəlil, M. İbrahimov, M.Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S. Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Chosen
48
49
publika.az

10Sources