EN

Almaniya Berbok və Mertsə görə beynəlxalq nüfuzunu itirir

BAKI, 14 oktyabr. TELEQRAF

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok və kansler Fridrix Mertsin Fələstin Qəzza sektorundakı münaqişə ilə bağlı siyasəti Berlini beynəlxalq arenada nüfuzunu itirməsinə gətirib çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri yazır.

"Almaniya təkcə ərəb dünyasında deyil, bütün Qlobal Cənubda nüfuzunu itirib. Xarici işlər naziri Annalena Berbok, kansler Şolts və indi də Merts bu etimadı itiriblər", - qəzet qeyd edir.

Mersin Şarm-əş-Şeyxdə keçirilən sammitdə passiv mövqeyi, aktiv müzakirələrdə iştirak etməməsi və mətbuat konfransları keçirməməsi xüsusi diqqət çəkir.

"Berliner Zeitung" hesab edir ki, Almaniyanın mövqeyinin pisləşməsinin əsas səbəbi 2024-cü ilin oktyabrında Berbokun dünya ictimaiyyəti tərəfindən İsrailin mülki əhaliyə qarşı hərəkətlərini haqlı çıxarma kimi qəbul edilə bilən sərt açıqlamaları olub. Nəticədə, indiki Almaniya hökuməti beynəlxalq izolyasiya ilə üzləşir.

Chosen
37
teleqraf.com

1Sources