EN

Fridrix Merts Trampdan Kiyevə dəstəyin artırılmasını istəyib

Almaniya kansleri Fridrix Merts Şarm-əş-Şeyxdə keçirilən sammit çərçivəsində ABŞ administrasiyasına çağırış edərək Kiyevə dəstəyin artırılmasını istəyib.

APA xəbər verir ki, bu barədə "N-TV" kanalı məlumat yayıb.

“Bunu gizlətmək istəmirəm. Biz ABŞ-ın əlavə dəstəyinə ümid edirik. Bu regionda göstərdiyi nümunə kimi, ABŞ eyni şəkildə bizimlə birlikdə Ukraynada və Rusiya ilə mübarizədə dəstəyini göstərməlidir”, - kansler qeyd edib.

Chosen
27
3
apa.az

4Sources