EN

Madaqaskar prezidenti etirazlar fonunda ölkəni tərk edib

Madaqaskar Prezidenti Andri Radzuelina ölkəni tərk etdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi dövlət başçısının çıxışına istinadən məlumat yayıb.

Radzuelina bildirib ki, bunu öz təhlükəsizliyi naminə etməyə məcbur olub, lakin hazırda harada olduğunu açıqlamayıb.

"Africa Intelligence" portalının məlumatına görə, prezident daha əvvəl istefa vermək niyyətində olmadığını, ölkəni tərk etməsini isə “strateji geri çəkilmə” adlandırıb.

Oktyabrın 13-də o, administrasiyası ilə videobağlantı vasitəsilə iclas keçirərək, ölkəni idarə etmək qabiliyyətini qoruduğunu bildirib.

Həftəsonu Radzuelina bir neçə Afrika ölkəsinin lideri ilə məsləhətləşmələr aparıb və onların dəstəyini almağa çalışıb.

Qeyd edək ki, Madaqasqarda bie müddətdir ki, etiraz aksiyaları keçirilir.

Chosen
112
apa.az

1Sources