EN

Ərdoğan Netanyahuya görə təyyarəsini Misir üzərindən geri qaytarmaq istədi...

Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalamağa başlaması xəbərini təyyarədə alır. O, ABŞ-a səfərə gedirdi. Primakov Yuqoslaviyanın bombalanmasına etiraz olaraq təyyarəsini okeanın üstündən geri çevirərək Moskvaya qayıtmışdı.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O vurğulayıb ki, oxşar hadisə bu gün baş verə bilərdi:

“Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əş-Şeyx şəhərində keçirilməsi planlaşdırılan Yaxın Şərq Sülh Sammitində İsrailin Baş naziri Benyamin Netanyahunun iştirak edəcəyi xəbərini aldıqda tədbirin təşkilatçılarına təyyarəsini geri döndərəcəyi xəbərdarlığını edib. Bundan sonra Benyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi bildirilib. Ərdoğan Netanyahunu cinayətkar və qatil adlandırıb, onun beynəlxalq məhkəməyə verilməsinin vacibliyini bildirib, belə olan halda onunla bir tədbirdə iştirak Türkiyə cümhurbaşqanı üçün qəbuledilməzdir. Ərdoğan öz demarşı ilə Avropa dövlətlərinin liderlərini də mürəkkəb vəziyyətdən çıxarıb. Çünki Avropa liderləri də Netanyahunu tədbirdə görmək istəməzdilər.

Chosen
6
3
publika.az

8Sources