Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Vaşinqton, 13 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bildirib.
AZƏRTAC-ın məlumatına görə, bunu Donald Tramp Yaxın Şərq Sülh Sammiti öncəsi Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə açıqlayıb. O deyib ki, müxtəlif mərhələlərin icrası bir qədər bir-birinə qarışıb. “Lakin bizim nöqteyi-nəzərimizdən o artıq başlayıb”, - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.