Türkiyənin "Eyüpspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Super Liqa təmsilçisini Orhan Ak çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul klubu 46 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Orhan Akın son iş yeri "Fatih Karagümrük" olub. "Eyüpspor" isə Selçuk Şahinlə yollarını ayırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media