EN

Yanvar-sentyabr aylarında sahibkarlara 249 milyon manatdan çox güzəştli kredit verilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 4590 layihəyə ümumilikdə 249,1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, hesabat dövründə verilən güzəştli kreditlərin layihə sayı üzrə 6,8 faizi Bakı və Abşeronun, 93,2 faizi digər regionların payına düşüb. Kredit məbləği üzrə isə bölgü belədir: 34,3 faiz - Bakı və Abşeron, 65,7 faiz - digər regionlar.

Güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektləri arasında qadın və gənc sahibkarlar da çoxdur. Həmin dövr ərzində 420 qadın sahibkar 24 milyon manat güzəştli kreditlə təmin edilib. 125 gənc sahibkara isə 7,9 milyon manat güzəştli kredit verilib.

Chosen
5
vergiler.az

1Sources