EN

İtaliyanın Baş naziri: Yaxın Şərqdə yeni mərhələ başlayır

Roma, 13 oktyabr, AZƏRTAC

Yaxın Şərqdə atəşkəs rejiminin möhkəmləndirilməsi, davamlı sülh və sabitliyin yaradılması mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib. “Bu gün tarixi bir gündür. Girovlar azad edildi: qeyri-adi nailiyyət, beynəlxalq diplomatiyanın əzmkarlığının bəhrəsi və ABŞ Prezidenti Donald Trampın sülh planının birinci hissəsinin həyata keçirilməsi. İndi yeni mərhələ - atəşkəs rejiminin möhkəmləndirilməsi, davamlı sülh və sabitlik gələcəyinin qurulması üçün razılaşmanın tam yerinə yetirilməsi başlayır. İtaliya sülhün sözlərlə deyil, əməllərlə qurulduğunu bilərək bu prosesi inamla dəstəkləməyə davam edəcək”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, bu gün Misirdə müxtəlif ölkələrin rəhbərlərinin iştirakı ilə Qəzzada sülh planına dair sammit keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Chosen
10
2
azertag.az

3Sources