EN

Situasiya dəyişdi: Netanyahu və Mahmud Abbas da Misirə gedir

İsrailin baş naziri Binyamin Netanyahu Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza sammitinə qatılacaq.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Türkiyə mətbuatına görə isə Netanyahu ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb. Netanyahu danışıq zamanı Misir liderinin sammitdə iştirak etmək dəvətini qəbul edib.

Misir Prezidenti Administrasiyası Fələstin Prezidenti Mahmud Abbasın da sammitdə iştirak edəcəyini bəyan edib.

Chosen
36
publika.az

1Sources