İsrailin baş naziri Binyamin Netanyahu Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza sammitinə qatılacaq.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Türkiyə mətbuatına görə isə Netanyahu ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb. Netanyahu danışıq zamanı Misir liderinin sammitdə iştirak etmək dəvətini qəbul edib.
Misir Prezidenti Administrasiyası Fələstin Prezidenti Mahmud Abbasın da sammitdə iştirak edəcəyini bəyan edib.