EN

“AzInTelecom” “CIDC-2025” kibertəhlükəsizlik konfransında iştirak edib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biri hesab olunan “CIDC 2025” 2-ci kibertəhlükəsizlik konfransında tərəfdaş qismində iştirak edib.

9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə” panelində çıxış edib. “Təhlükəsiz rəqəmsal transformasiya üçün “AzInTelecom” həlləri” mövzusunda təqdimat edən T.Məşədihəsənli “bulud” və biometriya texnologiyalarının rəqəmsal mühitdə risklərin azaldılmasında, eləcə də xidmətlərin dayanıqlığının təmin edilməsində mühüm amil olduğunu diqqətə çatdırıb.

Tədbirin ikinci günündə “AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin direktoru Ruslan Dadayev “Səni tanıyan şəhər: biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları – hansı daha vacibdir?” panelində çıxış edərək “bulud” infrastrukturunda kibertəhlükəsizlik baxımından həssas məlumatların, o cümlədən biometrik dataların qorunması üçün hansı texnoloji və təhlükəsizlik tədbirlərinin həyata keçirildiyindən danışıb. O, “bulud” mühitində biometrik və digər həssas məlumatların qorunması məqsədilə tətbiq olunan şifrləmə və autentifikasiya texnologiyalarının effektivliyini diqqətə çatdırıb.

Qeyd edək ki, 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi vasitəsilə müştərilərinə etibarlı və dayanıqlı təhlükəsizlik xidmətləri təqdim edən “AzInTelecom” tədbirin gümüş sponsoru qismində çıxış edib. Kibertəhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanmasına xüsusi önəm verən şirkətin əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək göstərmək və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.

“AzInTelecom” haqqında

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara liderlik edir.

AzInTelecom kibertəhlükəsizlik CIDC 2025 konfrans tərəfdaş Bakı Konqres Mərkəzi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti Dövlət Təhlükəsizlik Xidməti Tamerlan Məşədihəsənli Ruslan Dadayev ağıllı infrastrukturlar bulud texnologiyaları biometrik texnologiyalar rəqəmsal transformasiya informasiya təhlükəsizliyi şifrləmə autentifikasiya Təhlükəsizlik Əməliyyatları Mərkəzi 24/7 xidmət gümüş sponsor kibertəhlükəsizlik ekosistemi peşəkar kadrların hazırlanması AZCON Holding rəqəmsal imza identifikasiya xidmətləri rəqəmsal platformalar innovasiya dayanıqlı xidmətlər etibarlı xidmətlər.
Chosen
8
8
marja.az

9Sources