"Bu rüsumlar Çin sənaye və şirkətlərinin qanuni maraqlarını müdafiə etmək, eləcə də beynəlxalq bazarda ədalətli rəqabəti təmin etmək məqsədi daşıyan zəruri cavab addımlarıdır," - deyə o, mətbuat konfransında qeyd edib.
Lü Daluyan əlavə edib ki, ABŞ-nin Çinə qarşı analoji tədbirləri açıq-aşkar proteksionizm və birtərəfli siyasətin nümunəsidir:
"Ümid edirik ki, Amerika tərəfi öz səhvlərini anlayacaq, qarşılıqlı razılaşma ruhunda Çinlə əməkdaşlığa qayıdacaq və dialoq yolunu bərpa edəcək," - deyə o vurğulayıb.
Çinin qərarına əsasən, 14 oktyabrdan etibarən ABŞ-yə məxsus və ya ABŞ vətəndaşlarının birbaşa və ya dolayı şəkildə 25 faizdən çox paya malik olduğu gəmilər üçün xüsusi liman rüsumları qüvvəyə minəcək.
Rüsumun məbləği 1 netton üçün 400 yuan (təxminən 56 dollar) təşkil edəcək. Bu məbləğ 17 aprel 2026-cı ildən 640 yuana, 2027-ci ildən 880 yuana, 2028-ci ildən isə 1 120 yuana (təxminən 157 dollar) qədər artırılacaq.