ain.az bildirir, 525.az portalına istinadən.
İtaliyanın şimalında yerləşən tarixi Bernaqa monastırında yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, alov 1628-ci ildə tikilmiş abidəyə ciddi ziyan vurub, əksər tarixi və mədəni əhəmiyyət kəsb edən əşyalar yanıb.
Yanğınsöndürənlər monastırdakı 22 rahib və rahibıni təxliyə ediblər. Onlara heç bir ziyan dəyməyib.
La Valeriya meri Marko Panseri tarixi abidənin yanmasından təəssüfləndiyini bildirərək, qiymətsiz əşyaları itirdiklərini söyləyib.
Qeyd edək ki, yanğın elektrik naqillərindəki qısaqapanmadan sonra baş verib.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.