EN

Trampın Qəzza ilə bağlı sirri: Atəşkəsə belə nail oldum

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“İyun ayında İranın nüvə obyektlərinə zərbə endirilməsəydi, Qəzza razılaşmasına nail ola bilməyəcəkdim”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Əgər biz bunu etməsəydik, Qəzzanın üzərində qara buludlar çox olardı, insanlar küçələrdə rəqs etməzdilər”, – Ağ Ev rəhbəri deyib.

ABŞ liderinin sözlərinə görə, İranın zəifləməsi radikal Fələstinin HƏMAS hərəkatını güzəştə getməyə vadar edib:

“Bu, Qəzza məsələsində razılığa gəlmək üçün ərəb və müsəlman ölkələrinin birləşməsinə şərait yaradıb”.

Qeyd edək ki, oktyabrın 10-da İsrail və HƏMAS radikal qruplaşması arasında atəşkəs razılaşması qüvvəyə minib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
globalinfo.az

1Sources