EN

Fransa yeni hökumətini elan etdi

Ajans.az xəbər verir ki,Baş nazir vəzifəsinə yenidən təyin olunan Sebastyan Lekornu bir sıra əsas nazirləri vəzifəsində saxlayıb, eyni zamanda mühüm dəyişikliklərə imza atıb. Ən diqqətçəkən dəyişikliklərdən biri, Daxili işlər naziri postuna Paris polis prefekti Loran Nunezin təyin olunmasıdır. O, bu vəzifədə Respublikaçılar Partiyasının lideri və prezidentlik ambisiyalarına malik Bruno Retaillonu əvəz edib. Ədliyyə naziri Jerar Darmanin və xarici işlər naziri Jan-Noel Barrot öz vəzifələrində saxlanılıblar. Təhsil naziri postunu isə əvvəlki baş nazir Elizabet Born itirib və onun yerinə yüksək vəzifəli dövlət qulluqçusu Edouard Geffrey gətirilib. Müdafiə naziri postunda da dəyişiklik baş verib – Lekornunu bu vəzifədə mərkəz sağın təcrübəli siması Ketrin Vautrin əvəz edib. O, daha əvvəl sabiq baş nazir Fransua Bayrunun hökumətində əmək naziri, prezident Jak Şirak dövründə isə nazir vəzifəsində çalışıb. Maliyyə naziri Roland Leskür və bəzi digər əsas nazirlər isə dəyişməz qalıb. Bununla belə, Reuters və BBC-nin məlumatına görə, Lekornunun yeni hökumətinin uzunömürlü olacağına heç bir zəmanət yoxdur. Parlamentdə ifrat sağçı və ifrat solçu partiyalar artıq Nazirlər Kabinetinə qarşı etimadsızlıq səsverməsi təklif etməyə hazırlaşırlar. Eyni zamanda, mötədil sol partiyalar hökumətdən pensiya yaşının 64-ə qaldırılması islahatını ləğv etməyi tələb edir. Sağ mərkəzçi qüvvələr isə əksinə, bu islahatın təxirə salınmasına qarşı çıxır. Bir-birinə zidd olan bu tələblər yerinə yetirilmədiyi təqdirdə, hər iki tərəf etimadsızlıq səsverməsini dəstəkləməklə hədələyir. Əgər parlamentdə səs çoxluğu toplanarsa, yeni hökumət istefaya getmək məcburiyyətində qala bilər.

 

Chosen
18
Ajans.az

1Sources