EN

Ərdoğan “Sülh Zirvəsi”nə qatılacaq

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunmuş Sülh Sammitində iştirak edəcək.Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Sammitə ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisi həmsədrlik edəcəklər. Foruma Fransa prezidenti Emmanuel Makron, İordaniya kralı II Abdullah, Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə, Böyük Britaniyanın baş naziri Kir Starmer, İspaniyanın baş naziri Pedro Sançes, İtaliyanın baş naziri Corcio Meloni, Pakistanın baş naziri Şahbaz Şərif, Almaniya kansleri Fridrix Merz və İran prezidenti Məsud Pezeşkian da daxil olmaqla, 20-dən çox ölkənin lideri dəvət olunub.İsrail hökuməti İsrail nümayəndələrinin Sülh Sammitində iştirak etməyəcəyini açıqlayıb. Fələstin Administrasiyası hələ ki, iştirakını təsdiqləməyib.BMT Baş katibi Antonio Quterreş və Avropa Şurasının sədri Antonio Kosta da sammitə qatılacaqlar.E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
2
reyting.az

4Sources