EN

DÇ-2026: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Operativ Media  xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Polşada Ukrayna yığması ilə qarşılaşacaq.

"Krakoviya" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək görüşü avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Qeyd edək ki, Ukrayna seçməsi 4 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Fransa 9 xalla lider, İslandiya isə 3 xalla üçüncüdür. Azərbaycan millisinin bir xalı var.

Chosen
5
2
operativmedia.az

3Sources