Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Publika.az xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Polşada Ukrayna yığması ilə qarşılaşacaq.
"Krakoviya" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək görüşü avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.